Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Məlumatda deyilir ki, Şabran rayonu, Aygünlü kəndində (rayon mərkəzindən 21 km aralı) 5 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Bununla yanaşı, Bakı şəhəri, Binəqədi rayonunda hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 47 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Eyni zamanda, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan talvarın yanar konstruksiyaları 25 kv.m sahədə və talvarın altına yığılmış 6 ton ot bağlamasının 2 tonu yanıb. Talvarın və otun qalan hissəsi yanğından mühafizə olunub.

Bütün yanğın hadisələri yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə