Bərdədə yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospekti ilə hərəkət edən "VAZ 21015" markalı avtomobillə Etibar Əsədov küçəsindən gələn "VAZ 2102" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki maşının sürücüləri 75 yaşlı Teymur Səfərov, 33 yaşlı Ramil Əliyev və "VAZ 21015" markalı avtomobildə olan sərnişin Əlyar Arzumanov Bərdə şəhər Mərkəzi Xəstəxanasına aparılıblar .
Qeyd edək ki, yaralılara zəruri tibbi yardım göstərilib.
Şamxal Cəlilioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB