Yardımlıda 9 tondan çox narkotik xassəli bitki məhv edilib

Yardımlıda 9 tondan çox narkotik xassəli bitki məhv edilib

Yardımlı rayonunun Arvana kəndi ərazisində 19.300 ədəd xaşxaş kolu aşkar edilib. SİA-nın Cənub bürosunun məlumatına görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsi ilə Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2013" şərti adı altında rayon ərazisində keçirdikləri tədbir zamanı rayonun ucqar Arvana kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 9 ton 250 kiloqram olan 19.300 ədəd xaşxaş kolu aşkarlanıb. Həmin kollar yığılaraq yandırılma yolu ilə məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə