Rusiyada zəncirvari yol qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Saratov şəhərində 37 avtomobil eyni anda qəza törədib. Hadisənin baş verməsinə səbəb Saratovun Tanksist Prospektində yük maşınlarından birinin əyləcinin partlaması olub. Yük maşının fəaliyyətinin dayanmasından sonra digər avtomobillər müvazinətini saxlaya bilməyərək toqquşub. Bundan dərhal sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım xidməti gəlib. Qəza nəticəsində 25 nəfərin xəsarət aldığı bildirilib. Onlardan 2-nin vəziyyəti ağır olaraq qiymətləndirilib.
Sona Məmmədli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB