Bu gün Sumqayıt şəhəri 10-cu mikrorayonla 12-ci mikrorayonun kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın xəbərinə görə, 90 GP 834 dövlət nömrə nişanlı "Toyoto Prado" markalı avtomobil əks tərəfdən gələn "Leksus" markalı maşınla toqquşub. Hadisə şahidlərinin bildirdiyinə görə, toqquşma nəticəsində idarəetməni itirən "Toyoto Prado" markalı avtomobil iki dəfə yuvarlanaraq əks tərəfdən gələn yola düşüb. Hadisə nəticəsində "Toyoto Prado" marakalı avtomobildə olan 4 nəfər sərnişin xəsarət alıb. Xəsarət alanlar arasında azyaşlı uşaq da olub. Yaralılar Sumqayıt şəhər xəstəxanalarından birinə aparılıb. Hadisə yerinə yol polisi əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, toqquşma zamanı "Toyoto Prado" markalı avtomobilin hava yastıqları açılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB