Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb

Lənkəran rayonunda 3 nəfərin yaralanamsı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının 206-cı kilometrliyində, Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Səpnəkəran kənd sakini 1948-ci il təvəllüdlü Cəfərov Rakif Canbaxış oğlunun idarə etdiyi VAZ 21-07 markalı avtomobil qarşı tərəfdən gələn Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Hüseynov Muxtar Fəxrəddin oğlunun idarə etdiyi eyni markalı minik avtomobili ilə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü, o cümlədən Rakif Cəfərovun həyat yoldaşı 1955-ci il təvəllüdlü Sona Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləti alaraq Lənkəran Regional Diaqnostika Mərkəzinə çatdırılıblarr. Hazırda hər 3 yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

Qəzaya səbəb kimi hər iki avtomobilin sürət həddini aşması göstəilir.

Faktla bağlı araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə