Xocalı polisi 10 tona yaxın yabanı çətənə kolunu məhv edib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, "Xaş-xaş-2013" şərti adı altında keçirilən əməliyyat zamanı Goranboy rayonunun Mənəşli kəndi ərazisindəki köhnə ferma adlanan yerdə 2,5 ha otlaq sahəsində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.
Qeyd edək ki, ərazidən yaşıl kütlə şəklində ümumi çəkisi 10 tona yaxın olan 1692 ədəd narkotik tərkibli çətənə kolu çıxarılıb. Kollar toplanaraq yandırılıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB