Piyadanı vuraraq hadisə yerindən qaçdı FOTO

Piyadanı vuraraq hadisə yerindən qaçdı FOTO

Gəncə şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, hadisə Gəncə-Bakı şosesinin 4-cü km-də baş verib. Naməlum avtomobil şəhər sakini 1964-cü il təvəllüdlü Şahin Qurbanovu vuraraq hadisə yerindən qaçıb. Nəticədə Şahin Qurbanov aldığı bədən xəsarətlərindən elə yerindəcə keçinib.

Gəncə şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisəyə səbəb sürücünün avtomobili yüksək sürətlə idarə etməsidir.

Qeyd edək ki, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə