Taxıl sahələrində yanğın hadisəsi baş verib. Bu barədə SİA məlumat verib.
Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Çöl Göylər, Hacıqədirli, Ovçulu, Bağırlı və Ağsu rayonunun Qəşər, Keçdiməz, Bico, Ləngəbiz kəndləri ərazisində taxıl sahələrində yanğın hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri, həmçinin yanğın böyük ərazini əhatə etdiyinə görə hadisə yerinə Şimal-Qərb Regional Mərkəzinin şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.
Yanğın bəzi ərazilərdə məhdudlaşdırılıb, ayrı-ayrı sahələrdə isə söndürülmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB