Evakuasiya xidməti ilə məşğul olan avtomobil qəza törətdi

Evakuasiya xidməti ilə məşğul olan avtomobil qəza törətdi

Bu gün saat 16:00 radələrində Üzeyir Hacıbəyov küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın xəbərinə görə, hadisə 10 AP 966 dövlət nömrə nişanlı evakuasiya xidməti ilə məşğul olan avtomobilin üzərində daşıdığı 90 RE 964 "Toyoto" markalı maşının yol kənarında dayanan 10 OH 335 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə çırpması nəticəsində baş verib.

Qəza nəticəsində yol kənarında dayanan "Mercedes"in ön hissəsi yararsız hala düşüb. "Toyoto" markalı avtomobilin isə yan hissəsi əzilib. Diqqət çəkən məqamlardan biri də budur ki, yol polisi əməkdaşı hadisə yerinə gec gəlib.

Poliş əbəkdaşı müşahidə aparsa da SİA-nın əməkdaşına qəzanın kimin günahı ucbatından baş verdiyini demək istəməyib. Şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkət edən evakuator maşını dönməni düzgün hesablamadığına görə yol kənarında dayanan "Mercesdes" markalı maşına çırpılıb.

Sonda hər iki maşın cərimə meydançasına aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə