İyunun 9-u saat 23:03 radələrində Binəqədi şosesində yerləşən "Zəngəzur" Şadlıq Sarayının qarşısında Cəlilabad rayon sakini Cəfər Bağırlı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Cəlilabad rayon sakini Elşən Bağırzadə iyunun 10-da yaxalanıb.
Bununla yanaşı, iyunun 7-də Binə qəsəbəsində yerləşən kafedə işləyən qəsəbə sakini Nuranə Aslanova bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər rayon Polis İdarəsi 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Fərəməz Nağıyev iyunun 10-da yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB