Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 164-cü km-də, Qubanın Nərimanabad kəndi ərazisində piyada vurulub. Bakı istiqamətdə hərəkətdə olan Quba Dövlət Sosial İqtisadi Kollecinə məxsus 55 yaşlı Quba şəhər sakini Ramiz Əliyevin idarə etdiyi 40 AA 102 qeydiyyat nişanlı "VAZ 21 06" markalı avtomobil öncə qarşıdan gələn 55 yaşlı Quba rayonunun Küçeyi kənd sakini Tofiq Qədirovun idarə etdiyi "VAZ 21 07" markalı avtomobillə toqquşub. Daha sonra idarəetməni itirən nəqliyyat vasitəsi yolun kənarında dayanan 62 yaşlı Quba rayon sakini Reyhan Rəsulovanı vurub. Yaralı dərhal Quba MRX-na çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin ehtimala görə, qəza "VAZ 21 06" markalı avtomobilin yol hərəkəti qaydasını pozması səbəbindən baş verib. Digər qəza isə Quba-Xaçmaz yolunun 13-cü km-də, Quba rayonunun Barlı kəndi ərazisində qeydə alınıb. 42 yaşlı Xaçmaz rayon sakini Hafiz Cavadovun idarə etdiyi "Niva" markalı avtomobil Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Ağır xəsarətlər alan sürücü Hafiz Cavadov Quba MRX-na çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı o, avtomobildə tək olub. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Qeyd edək ki, dünyasını dəyişən Hafiz Cavadov Siyəzən rayon Polis Şöbəsinin baş çavuşudur.
Hazırda hər iki faktla bağlı araşdırma aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB