Türkiyənin İstanbul şəhərində "Taksim Gezi" parkının yerində ticarət mərkəzinin inşa edilməsinə qarşı etiraz aksiyaları ötən gecə də davam edib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, ötən gecə İstanbulda 300-ə yaxın etirazçı Baş Nazirliyin Beşiktaşdakı ofisinə yürüş edib. İstanbulda polislə etirazçılar arasında 24 saat davam edən toqquşmalardan sonra, minlərlə etirazçı Taksim meydanına toplaşıb.
Etirzçılar musiqi müşayiəti altında rəqs edərək, baş nazir Rəcəp Tayyib Ərdoğan hökumətinə qarşı iradlarını səsləndirib. Mövqeyində dəyişməz qalan Ərdoğan polisin gec-tez etirazçıları dağıdacağını diqqətə çatdırıb. Polisin etirazçılara qarşı gözyaşardıcı qazdan ifrat dərəcədə istifadəsinə gəlincə, baş nazir məsələnin araşdırılacağını bildirib.
Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, "Gezi Parkı"nın söküləcəyi xəbərlərindən sonra başlanan etirazlarda ümumilikdə 939 nəfər saxlanılıb, 26 polis əməkdaşı və 53 mülki şəxs xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB