Obyektlər yanğından mühafizə olunub. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.
Məlumatda deyilir ki, Şamaxı rayonu, Muğanlı kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə və dam örtüyünə yığılmış 2 ton ot bağlaması yanıb.
Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bununla yanaşı, Bakı şəhəri, Binəqədi rayonunda "Zəngəzur" istehsalat kommersiya firmasına məxsus hər mərtəbəsi 3200 kv.m olan ikimərtəbəli istirahət sağlamlıq mərkəzinin 1-ci mərtəbəsində yerləşən saunanın yanar konstruksiyaları 8 kv.m sahədə, soyunub- geyinmə otağının taxta üzlüyü 20 kv.m sahədə və lambirdən ibarət tavan 4 kv.m sahədə (ümumi 32 kv.m sahədə) yanıb.
İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB