Yanğınların genişlənməsinin qarşısı alınıb

Yanğınların genişlənməsinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.

Məlümatda deyilir ki, Bakı şəhəri, Xətai rayonunda Bakı Avtomobil Zavodunun ərazisində 2 ədəd doğranmaqda olan yararsız avtobus və yaxınlıqda 10 kv.m sahədə taxta qırıntıları yanıb.

Zavod yanğından mühafizə olunub.

Yanğın saat 13:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Füzuli rayonu, Şükürbəyli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha sahəda quru ot yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın saat 14:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Hacıqabul rayonu Bakı-Qazax yolunda kənd bələdiyyəsinə məxsus ərazidə 4 ha sahədə quru ot yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub.

Yanğın saat 16:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə