Şabran Polis Şöbəsinin növbətçi hissəsinə daxil olan anonim zəng əsasında rayonun Əmirxanlıq kəndi ərazisindəki əkin sahəsində naməlum şəxs tərəfindən atılmış silah-sursat aşkar olunub.
Həmin ərazidə olan polis əməkdaşları oradan salofan kisənin içində 1 ədəd Kalaşnikov avtomatı, 1 ədəd avtomat sandığı, 177 ədəd 7,62, 6 ədəd 5,45 kalibirli güllələr və 1 ədəd təklülə ov tüfəngi aşkar ediblər. Şabran PŞ-nin baş təhqiqatçısı Elxan Allahverdiyev özlərində olan silahın polisə təhvil verilməsi üçün Şabran sakinlərinə müraciət edib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB