Lənkəranda intihar hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə mayın 20-də saat 18.35 radələrində qeydə alınıb. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən bildirilib ki, şəhərin professor Hənifə Abdullayev küçəsi, ev 4, mənzil 9-da yaşayan Təbriz Zakir oğlu Quliyev yaşadığı mənzildə özünü asıb. Mərhum uzun müddət polis orqanlarında çalışdıqdan sonra təqaüdə çıxıb. Hadisənin başvermə səbəbləri barədə hələlik məlumat verilmir.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB