Mingəçevir şəhərində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Mingəçevir şəhərində "Mersedes" markalı 10-SB-360 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Süleyman Aytəkin oğlu Süleymanov şəhərin Heydər Əliyev prospektindən M.Ə.Rəsulzadə küçəsində Kür çayına doğru yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib. Nəticədə yolun sağ hissəsində dayanan Sabir Ceyhun oğlu Əhmədova məxsus "Mersedes" markalı 99-DR-532 dövlət nömrə nişanlı avtomobili vurub. Avtomobil sürətli hərəkətdə olduğundan "Nissan Primera" markalı 08-BD-028 dövlət qeydiyyat nişanlı avtomobilə və hərəkətdə olan "Ford" markalı 90-BN-189 dövlət nömrə nişanlı sərnişin daşıyan 7 saylı marşruta çırpılıb.
Qeyd edək ki, "Mersedes" markalı 10-SB-360 dövlət nömrə nişanlı avtomobil zəncirvari toqquşmadan sonra yolun kənarında dayanan 2 nəfər piyadanı da vurub.
Hadisə nəticəsində yaralı piyadalar 1988-ci il təvəllüdlü Rəvanə Ələm qızı Abdullayeva və 1988-ci il təvəllüdlü Rafael Rafət oğlu Eyyubov Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB