FHN-nin xilasediciləri 13 yaşlı Elmar Həsənovun cəsədini aşkarlayıb

FHN-nin xilasediciləri 13 yaşlı Elmar Həsənovun cəsədini aşkarlayıb

FHN-nin xilasediciləri 13 yaşlı Elmar Həsənovun cəsədini aşkarlayıb. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.

Məlumata görə, 19 may 2013-ci il tarixində Şəmkir rayonu, Kür qəsəbəsi ilə Yeniabad kəndi arasındakı ərazidə suvarma kanalında batmış 2000-ci il təvəllüdlü Elmar Mahir oğlu Həsənovun axtarışları başa çatıb.

E.Həsənovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən batdığı yerdən, təxminən, 80 m aralıda tapılaraq sudan çıxarılıb.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 20:46-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə