Dünən axşam saatlarında Sumqayıt şəhərində intihara cəhd hadisəsi qeydə alınıb. SİA-nın fövqəladə hallar nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhəri ərazisində yaşayış binasının damından bir nəfər intihara cəhd edib. Dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs çoxmərtəbəli yaşayış binasının damından özünü aşağı atmaq niyyətində olub. Xilasedicilər intihara cəhd göstərən şəxsi binanın damından endirib və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB