Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Kürdəmir rayonu, Pirili kəndində (rayon mərkəzindən 40 km aralı) 10 ha sahədə kol-kos və quru otlar yanıb. Yaxınlıqda olan biçilməmiş əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Hacıqabul rayonu, Pirsaat qəsəbəsində (rayon mərkəzindən 14 km aralı) dəmir yolunun kənarında 8 ha sahədə quru ot yanıb. Dəmir yol xəttləri yanğından mühafizə olunub. Yanğın saat 19:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə