Türkiyənin səhiyyə naziri açıqlama verib

Türkiyənin səhiyyə naziri açıqlama verib

Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu Reyhanlıda baş verən partlayışla bağlı mətbuata açıqlama verib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışın ilk anından indiyədək 155 yaralı tibbi yardıma müraciət edib.

Müezzinoğlunun sözlərinə görə, 55 yaralının müalicəsi hələ də davam edir: "Bunların 48-i Türkiyə, 7-i Suriya vətəndaşıdır. 55 yaralının müalicəsi Hatayda, digərlərininki isə başqa əyalətlərdə davam etdirilir. Hataydakı 9 yaralıdan 1-nin vəziyyəti ağırdır: "Universitet xəstəxanasındakı 7 yaralıdan da 1-nin vəziyyəti ağırdır. Dövlət xəstəxanasındakı yaralılardan 3-ü Suriya vətəndaşıdır. Onların müalicəsi üçün bütün tədbirlər görülür. Yaralılardan 2-i Ankarada, 1-i İstanbulda, 2-i Adanada, 1-i Qaziantepdə müalicə edilir".

Nazir onu da qeyd edib ki, hazırda 24 ağır yaralı var: "Həyati təhlükəsi olanların sayı isə 2-dir".

Bütün xəbərlər Facebook səhifəmizdə