Yanğın zamanı bir nəfər xəsarət alıb

Yanğın zamanı bir nəfər xəsarət alıb

Yanğın zamanı bir nəfər xəsarət alıb. SİA xəbər verir ki, Zərdab rayonu. Məlikli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasından 2 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində yerləşən köməkçi otağına yığılmış istifadəsiz tikinti materialları 8 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibinin oğlu əl və ayaq nahiyyəsindən yanıq xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi valideyinləri tərəfindən Yanıq Mərkəzinə aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə