Mingəçevirdə yaşayış binasında yanğın baş verib

Mingəçevirdə yaşayış binasında yanğın baş verib

Mingəçevir şəhərində üçmərtəbəli yaşayış binasında yanğın baş verib. SİA-nın fövqəladə hallar nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 1 otaq və aynabənddən ibarət mənzilin otağının və aynabəndinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 15 kv.m sahədə, 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birotaq və aynabənddən ibarət mənzilin aynabəndinin yanar konstruksiyaları 4 kv.m sahədə (ümumi 19 kv.m sahədə) yanıb. Mənzillərin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə