Yük avtomobilləri toqquşub

Yasamal rayonunda "SHACMAN" markalı iki yük avtomobili toqquşub. SİA-nın fövqəladə hallar nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, "SHACMAN" markalı avtomobil deformasiyaya uğrayıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb. Əməliyyat saat 03:38-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə