2 azyaşlı uşaq hər kəsi həyəcanlandırıb

2 azyaşlı uşaq hər kəsi həyəcanlandırıb

2 azyaşlı uşaq hər kəsi həyəcanlandırıb. SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının eyvanından 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına enərək içəri daxil olublar.

Mənzilə baxış keçirilən zaman uşaqların yatmış vəziyyətdə olduqları müşahidə olunub.

Əməliyyat saat 23:46-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə