Məktəbli qız özünü asıb

Göygöl rayonunda məktəbli qız özünü asıb. SİA-nın bölgə müxbirinin Göygöl rayon Prokurorluğuna istinadən verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında qeydə alınıb. Rayon sakini 1997-ci il təvəllüdlü Nuranə Elçin qızı Yusifova yaşadığı evdə iplə özünü asaraq intihar edib. Hazırda intiharla bağlı hüquq mühafizə orqanı əməkdaşlarında məlumat yoxdur. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (öznü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə