Masallıda minik avtomobili ilə "QAZ" markalı yük avtomobili toqquşub: xəsarət alanlar var

Masallıda minik avtomobili ilə "QAZ" markalı yük avtomobili  toqquşub: xəsarət alanlar var

Masallı rayonu, Qəriblər kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus "VAZ " markalı minik avtomobili ilə "QAZ" markalı yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

SİA-nın məlumatına görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin xəsarət alıb, nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişləri avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 18:35-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə