Avtomobillər toqquşdu, 1 nəfər öldü

Avtomobillər toqquşdu, 1 nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax rayonu ərazisində "VAZ" markalı minik avtomobili ilə "SHAQMAN" markalı yük avtomobili toqquşub. FHN-dən SİA-ya daxil olan məlumata görə, Hadisə nəticəsində, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "VAZ" markalı minik avtomobilinin sürücüsü və 1 nəfər sərnişin həlak olub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi avadanlıqlar vasitəsilə bədəndən ayrılmış baş nahiyəsini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə