Sabunçu rayonunda ağır qəza: 2 ölü, 2 yaralı var

Sabunçu rayonunda ağır qəza: 2 ölü, 2 yaralı var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda "VAZ" və "MERCEDES" markalı 2 minik avtomobili toqquşub.

SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, "MERCEDES" markalı minik avtomobilinin sürücüsü və sərnişini xilasedicilər çatana qədər yaralı vəziyyətdə xəstəxanaya aparılıb, "VAZ" markalı minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüblər.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Tərəfimizdən ərazidə müvafiq təhlükəsizlik tədbirləri də görülüb. Əməliyyat saat 19:37-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə