Sabirabadda yanğın olub

Sabirabad rayonunun Qalağayın kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan qarajın taxta konstruksiyalardan ibarət dam örtüyü yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya daxil olan məlumata görə, qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə