Zərdab-Ucar yolunda ağır qəza baş verib. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Məlumatda deyilir ki, Zərdab-Ucar yolunda Sahibləri məlum olmayan "ŞAQMAN" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.
Nəticədə minik avtomobilində olan şəxsiyyətləri məlum olmayan sərnişinlər (qadın, kişi və azyaşlı oğlan) müxtəlif bədən xəsarətləri ilə vətəndaşlar tərəfindən avtomobildən çıxarılaraq xəstəxanaya göndəriliblər.
Minik avtomobilinin sürücüsünün sıxılmış meyiti isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə etməklə avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Əməliyyat saat 16:17-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB