Şirvanda sevgidən yaranan qan gölü... FOTO

Şirvanda sevgidən yaranan qan gölü... FOTO

Şirvan sevgidən yaranan qan gölünə döndü. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün günün ikinci yarısı Şirvan şəhəri Ə.Qarayev küçəsi ev 13-də qanlı ailə cinayəti baş verib. Həmin ünvanda yaşayan ailənin 16 yaşlı qızı Əliyeva Maya Rahil qızını Şirvan şəhəri Q.Qarayev küçəsi ev 63-də yaşayan Nəhmədov Savalan Əvəzağa oğlu sevdiyindən ailə üzüvlərini bu gün səhər saatlarında qız evinə elçi yollayıb. Qızın valideyinlərinin oğlan evinə yox cavabı verməsi Savalan Nəhmədovu qanlı cinayət törətməyə sövq edib.

Bu gün saat 18:30 radələrində Savalan Nəhmədov sevdiyi qızıın evinə gələrək qız atası 1958-ci il təvəllüdlü Əliyev Rahil Hümbət oğlunu, qızın anası 1960-cı il təvəllüdlü Əliyeva Aidə Şamil qızını və nəhayət sevdiyi 1997-ci il təvəllüdlü Əliyeva Maya Rahil qızını bıçaqla vurub. Hadisəni törədərək qaçan Savalan Nəhmədov küçədə özünədə bıçaqla xəsarət yetirib. Yaralılar Şirvan mərkəzi xəstəxanasına yerləşdirilsədə 16 yaşlı Maya Əliyevanın həyatını xilas etmək mümkün olmayıb. 2 gəncin eşq hekayəti birinin ölümünə üçünün isə ağır xəsarət alması ilə sonuclandı.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə