Eyni saatda 2 qəza baş verdi

Xudatda eyni saatda 2 qəza baş verib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Qəza Xudat -Qusar yolunun 9-cu km də Ləyərqışlaq kəndi ərazisində qeydə alınıb. Xudat şəhər sakini 38 yaşlı Nadir Xosrovoğlunun idarə etdiyi "Opel" markalı avtomobil qəflətən idarəetməni itirərək yolun kənarındakı ağaclara çırpılıb. Nəticədə avtomobildə olan 35 yaşlı Xaçmaz rayon sakini Qədilov Emil, Qusar rayon sakini, 23 yaşlı Nağıyev Nail müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xudat şəhər Mərkəzi xəstəxanasına çatdırılıb.

Digər qəza isə Quba-Qusar yolunun 4 km də qeydə alınıb. "Mersedes" markalı minik avtomobili qəflətən yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobili idarə edən sürücü və onun yanında olan sərnişin xəsarət alıblar.

Qeyd edək ki, hər iki qəzaya səbəb yağışlı hava şəraiti olub.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə