İmişlidə dəhşətli qəza: 4 nəfər öldü

İmişlidə dəhşətli qəza: 4 nəfər öldü

İmişlidə dəhşətli avtomobil qəzasında 4 nəfər ölüb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, saat 14:00 radələrində İmişli rayonun ərazisində İmişli-Kürdəmir avtomobil yolunda "VAZ 21015" markalı minik maşını ilə SHATMAN markalı yük maşınının toqquşması nəticəsində 4 nəfərin öldüyü bildirilir.

Hal hazırda "VAZ 2105" markalı avtomobildə ölənlərin cəsədlərinin çıxarılması üçün tədbirlər görülür. Hələlik, ölənlərin kimliyi məlum deyil. Yaxın saatlarda geniş məlumat verəcəyik.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə