DİN paytaxtda əməliyyat keçirib

DİN paytaxtda əməliyyat keçirib

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxtda əməliyyat keçirib. Nazirlikdən SİA-ya verilən məlumata görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşayan Yardımlı rayon sakini Sahib Zeynalov 12 qutu "Panax Set", 10 qutu "Mavi Boncuk" dərman preparatlarını və digər qida əlavələrini 580 manata satarkən saxlanılıb. Sahib Zeynalovun evinə baxış zamanı oradan əlavə 1 518 ədəd "Panax Set", "Mavi Boncuk" qida əlavələri, 693 qutu və xeyli sayda holoqramlar aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə