Saleh Fərzəliyev könüllü olaraq təslim olub
Qısqanclıq zəminində arvadını bıçaqla qətlə yetirmiş Bakı şəhər sakini könüllü olaraq polisə təslim olub. Aprelin 11-də Bakı şəhər sakini Saleh Fərzəliyev Xırdalan şəhərində yaşayan qayınatası Etibar Kazımovun evində qısqanclıq zəminində arvadı Nərmin Fərzəliyevanı bıçaqla qətlə yetirib.
Fərzəliyev Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gələrək könüllü olaraq təslim olub.
İlkin yoxlama Binəqədi Rayon Prokurorluğu tərəfindən aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB