Ötən gün ölkədə iki uşaq boğularaq ölüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakini, azyaşlı Nuranə Cümşüdova Tap kəndinin ərazisində 2 saylı Uşaq Bağçasının həyətindəki su arxına düşərək boğulub.
Digər bədbəxt hadisə isə Kürdəmir rayonunda baş verib. Kürdəmir rayonunun Karrar kənd sakini, azyaşlı Amin Ramazanov həyətindəki su quyusuna düşərək boğulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB