Ermənistan tərəfdə itkin düşən Qazax sakininin meyiti tapılıb

Ermənistan tərəfdə itkin düşən Qazax sakininin meyiti tapılıb

Aprelin 2-dən Ermənistanla sərhəddə itkin düşmüş Qazax rayon sakini Sabir Kərimovun meyiti tapılıb. SİA-nın Qərb bürosunun verdiyi məlumata görə, Sabir Kərimovun cəsədi tanınmaz vəziyyətdə ərazidə yerləşən meşəlikdən tapılıb. Hazırda aidiyatı orqanlar tərəfindən araşdırmalar aparılır.

İlkin ehtimallara görə, mərhum minaya düşərək həyatını itirib.

Qeyd edək ki, daha əvvəllər adıçəkilən şəxsin hərbçilər tərəfindən əsir götürüldüyü də güman edilirdi.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə