Paytaxtda bıçaqlanma hadisəsi baş verib

Paytaxtda bıçaqlanma hadisəsi baş verib

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün saat 04:35 radələrində Xətai rayon Senyuşkin küçəsində yerləşən restoranda Bakı şəhər sakini Əziz Fərhadov bıçaq xəsarətləri ilə, qardaşı Tural və Fuad Cəbiyev kəllə beyin xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xətai rayon Polis İdarəsi Cinayət Axtarışlar Şöbəsi və 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri - Eldəniz və İntiqam Quliyev qardaşları, Məmməd Quliyev və Namiq Quliyev yaxalanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə