Qarasu Əməliyyat şirkətində bədbəxt hadisə baş verib

Qarasu Əməliyyat şirkətində bədbəxt hadisə baş verib

Qarasu Əməliyyat şirkətində bədbəxt hadisə baş verib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, bu gün axşam saatlarında Şirvan şəhərinin ərazisində yerləşən ARDNŞ-ə məxsus Qarasu Əməliyyat şirkətində fəhlə işləyən 1973-cü il təvəllüdlü Hacıqabul rayon sakini Sarıyev Aydın Xalıq oğlunun üzərinə bir neçə mədən borusu tökülüb. Nəticədə fəhlə ağır xəsarət alarsaq Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Reanimasiya şöbəsinin müdiri Rəhim Rəhimovun verdiyi açıqlamaya görə, xəstə döş qəfəsinin, bel nahiyəsinin travması və 3 dərəcəli travmatik şok vəziyyətində şöbəyə daxil olub. Hal-hazırda xəstənin vəziyyəti ilkin yardımlar nəticəsində stabilləşib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə