Şəmkir rayonunda əczaxananı qarət edən Şəmkir rayon sakini həbs olunub. Şəmkir rayon Polis Şöbəsindən SİA-nın Qərb bürosuna verilən məlumata əsasən Çinarlı kənd sakini yaşadığı ərazinin yaxınlığında aptekin pəncərəsini qıraraq ordan 480 manatdan artıq pul oğurlayıb. Keçirilən əməliyyt tədbirləri nəticəsində müəyyən olunub ki, cinayəti Nicat Kərimov törədib.
Adıçəkilən şəxs artıq saxlanılıb. Atıq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB