Bakının Süleyman Rəhimov küçəsində (28 May metrostansiyasının yaxınlığı) tikilməkdə olan binada başlayan yanğın Mirəli Qaşqay küçəsindəki tikililərə doğru irəliləyib. Hadisə şahidlərinin SİA-ya verdiyi məlumata görə, həmin istiqamətdəki tikililərdə yaşayan sakinlər mənzillərini tərk ediblər.
Hadisə yerindəki yanğınsöndürənlər yanğının Mirəli Qaşqay küçəsinə adlamasının qarşısını almağa çalışıblar. Artıq hadisə yerindəki yanğınsöndürən maşınların sayı 15-ə çatıb. Yanğın 1 hektarlıq ərazini əhatə edib. Yanğın yaxınlıqdakı ərzaq bazarına da keçib. Əraziyə çoxlu sayda adam toplaşıb. Sahibkarlar mallarını xilas etməyə çalışsa da, polis əməkdaşları bunun qarşısını alıb.
Məlumat üçün bildirək ki, hadisə yerində fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov və Bakı metropoliteninin rəisi Tağı Əhmədov olub.
Qeyd edək ki, hazırda yanğın tamamilə söndürülüb. Yanğın zamanı bazardakı sahibkarlar heç nə çıxara bilməyib. Ərazinin yaxınlığında yerləşən yaşayış evlərinə isə heç bir zərər dəyməyib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB