Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, gecə 00:30 radələrində, Buzovna-Maştağa şossesində Bakı şəhər sakini Hacıməmməd Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşını aşırıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Bununla yanaşı, ötən gün 13:50 radələrində, Nobel prospektində Oğuz rayon sakini Araz Abdullayev idarə etdiyi "Nissan-350Z" markalı avtomaşınla Biləsuvar rayon sakinləri Gülsabah Nuriyeva və Zəminə Hüseynovanı vurub. Nəticədə Z.Hüseynova hadisə yerində ölüb, G.Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətlərilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB