Gəncə şəhərində 4 otaqlı mənzildə yanğın hadisəsi baş verib. SİA-nın Qərb bürosunun məlumatına görə, bu gün saat 9 radələrində qeydə alınan hadisə nəticəsində General Mehmandarov küçəsi Asim Yusubova məxsus 20 saylı mənzildə baş verən hadisə nəticəsində ümumi sahəsi 225 kv/m olan 4 otaq tamamilə sıradan çıxıb. Alovun qarşısını almaq üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili cəlb olunub. Təxminən 1 saatdan sonra alovun qarşısını almaq mümkün olub. İlkin ehtimallara əsasən hadisə elektrik naqillərində baş verən qısa qapanma nəticəsində baş verib.
İlham Məmmədov



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB