İki "KamAZ" toqquşdu: ölənlər var FOTO

İki "KamAZ" toqquşdu: ölənlər var FOTO

Şəmkir rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, Bakı-Qazax avtomagistral yolunun Zazalı adlanan postu istiqamətində 25 BE 386 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobil qarşı tərəfdən hərəkət edən 25 BE 160 dövlət nömrə nişanlı digər "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticə etibarı ilə sürücülərdən biri xəsarət alıb, digəri 21 yaşlı Bəxtiyar Zaman oğlu Hüseynov isə hadisə yerindəcə keçinib.

Qeyd edək ki, hazırda faktla bağlı cinayət işi açılıb, qəzanın dəqiq səbəbləri araşdırılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə