Bulvarda bir nəfər intihar edib

Bu gün səhər saat 07:49-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralıda) bir nəfər intihar məqsədilə özünü dənizə atıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, dərhal "Bakı mərkəz" sularda xilasetmə məntəqəsinin 3 nəfər xilasedicisi, "Dalğa" kateri və xüsusi avadanlıqlarla hadisə yerinə çıxıb və vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil verib.

Bütün xəbərlər Facebook səhifəmizdə