Paytaxtda yol qəza hadisəsi baş verib. SİA-nın məlumatına görə ,Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda "VAZ" və "Mercedes" markalı 2 minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb və xəstəxanaya aparılıb. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB