Sevgilisinin anasına təcavüz etdi

Sevgilisinin anasına təcavüz etdi

Türkiyədə ağılasığmayan dəhşətli hadisələr baş verməkdə davam edir. Belə ki, İzmit şəhərində bir oğlan söhbətə çağırdığı keçmiş qız dostunun anasına küçənin ortasında təcavüz etməyə çalışıb.

SİA-nın Türkiyə KİV-ə istinadən xəbərinə görə, hadisə İzmitin Yeşilova məhəlləsində baş verib. Aralarındakı narazılıq səbəbindən qız dostundan ayrılan 30 yaşlı Mustafa axşam saatlarında içkili vəziyyətdə qız dostunun anası 48 yaşlı N.Ö. ilə danışmaq istəyib. Onlar görüşüb və bir qədər söhbət ediblər. İddiaya görə, Mustafa birdən-birə N.Ö.-nün boğazından tutaraq onu yerə yıxıb. Daha sonra o, qadına təcavüz etməyə çalışıb.

N.Ö.-nün səsini eşidən qonşusu, 50 yaşlı Ş.G. hadisə yerinə gəlib. Mustafa qadını onun əlindən qurtarmağa gələn Ş.G-nı vuraraq hadisə yerindən qaçıb. Lakin az sonra o, polis tərəfindən yaxalanıb.

Mustafa Ç polisə ifadəsində sərxoş olduğunu və heç bir şeyi xatırlamadığını bildirib. Faktla bağlı araşdırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə