Türkiyədə dəhşət doğuran tükürpədici hadisə baş verib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Muğla şəhərində tələbə qız dünyaya gətirdiyi uşağı yaşadığı evinin eyvanından həyətə atıb.
Məlumata görə, adı açıqlanmayan 20 yaşlı qız evinin vanna otağında dünyaya uşaq gətirib. Doğuşdan dərhal sonra o yenidoğulan körpəni 6-cı mərtəbədən aşağı atıb. Körpə binanın həyətindəki maşının üstünə düşərək ölüb.
Hadisə şahidləri dərhal təcili yardıma və polisə məlumat veriblər. Ağır qanaxması olan qız dərhal xəstəxanaya çatdırılıb. Polisə ifadəsində qız əvvəlcə sevgilisi tərəfindən təcavüzə məruz qaldığını, daha sonra isə öz istəyi ilə birlikdə olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB